📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Varşavada azərbaycanlı və erməni gənclər arasında insident yaşanıb

2021-10-01 15:34:00

Varşavada azərbaycanlı və erməni gənclər arasında insident yaşanıb

Polşanın paytaxtı Varşavada azərbaycanlı və erməni gənclər arasında insident yaşanıb.

Hurriyyet.az xəbər verir ki, Report-un Avropa bürosunun məlumatına görə, hadisə Varşavanın Belyanı (Bielany) rayonunda baş verib.

Belə ki, axşam saatlarında yaşadıqları ərazidə küçədə azərbaycanlı gənclərin ucadan ingiliscə "Karabakh Is Azerbaijan!" şüarları yaxınlıqdakı kafedə əyləşən 4-5 nəfərdən ibarət gənc erməni oğlan və qızların etirazına səbəb olub.

Onların iradına baxmayaraq azərbaycanlı gənclər şüar səsləndirməsini davam edib. Bu zaman kafedən çıxaraq azərbaycanlı gənclərə hücum edən ermənilər ilə insident yaşanıb. Ətrafdakılar şəxslər onları ayırıb.