📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vasif Əmirovun rəisi olduğu "Neft Kəmərləri" İdarəsi məhkəməyə verildi - QALMAQAL

2024-01-10 09:25:08

Vasif Əmirovun rəisi olduğu

Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsi məhkəməyə verilib.

Hurriyyet.Az xəbər verir ki,  Bədəlov Qulamrza Əvəz Oğlu Bakı Şəhəri Xətai Rayon Məhkəməsi müraciət edib. 

Belə ki, adı çəkilən şəxs ona ödəniləcək  əməkhaqqının 5 misli məbləğində təqaüddən tutulan gəlir vergisinə görə məhkəməyə üz tutub. 

Hakim Əminə Abbasovanın icraatına olan məhkəmə işinin mahiyyəti Əmək mübahisələri - Əmək haqqı tələbidir. 

Xatırladaq ki, Dövlət Neft Şirkətinin "Neft Kəmərləri" İdarəsinin rəisi Vasif Əmirov Rəşadət oğludur.   

 

Mənbə: 32gun.az