Vasif Talıbov generalı İŞDƏN ÇIXARDI
2021-11-02 15:16:00
Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirinin müavini, general-mayor Səbuhi Novruzov vəzifəsindən azad olunub.
Hurriyyet.az Manset.az-a istinadən xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.
V.Talıbovun digər əmri ilə, S.Novruzov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib.