📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vasif Talıbov üzə çıxdı

2022-12-12 19:37:00

Vasif Talıbov üzə çıxdı

Bir neçə gündür bir sıra media resurslarında istefa verməsi ilə bağlı xəbərlər yayılan Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov üzə çıxıb.

Vasif Talıbov Ümümmilli lider Heydər Əliyevin məzarını ziyarət edib, ehtiramını ifa edib. Onunla bərabər Naxçıvan MR Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirliklərin, komitə, xidmət, baş idarə və təşkilatların rəhbərləri də mərasimdə iştirak edib. Ziyarət zamanı Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov da iştirak edib.

Qeyd edək ki, dünən Vasif Talıbovun köməkçisi Ramiz Məmmədov açıqlama verərək Ali Məclis sədrinin istefa verməsi ilə bağlı xəbərləri cəfəngiyyat adlandırmışdı. \\Manşet.az