📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vasif Talıbov və oğlu Ali Məclisin komitə üzvü seçildi

2023-08-01 19:21:00

Vasif Talıbov və oğlu Ali Məclisin komitə üzvü seçildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələrinin sədrləri, sədr müavinləri və üzvləri məlum olub.

Hurriyyet.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi qərar verib.

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov da komitə üzvü seçilib. Belə ki, sabiq sədr Sosial siyasət komitəsində təmsil olunacaq. Vasif Talıbovun oğlu Seymur Talıbov isə Hüquq siyasəti komitəsinin üzvü seçilib. 

Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin aşağıdakı deputatları müvafiq komitələrin sədrləri, sədr müavinləri və üzvləri seçiliblər.