📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vasif Talıbova məxsus mülklərin sənədləri itib

2023-01-06 09:08:00

Vasif Talıbova məxsus mülklərin sənədləri itib

Naxçıvanda yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədləri itib.

Hurriyyet.az Report-a istinadla xəbər verir ki, bununla bağlı şirkət əlaqədar qurumlara müraciət edib.

Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus iki torpaq sahəsinin plan və ölçüləri, eləcə də MH-0047251 və MH-0047252 seriya nömrəli çıxarışları itdiyi üçün etibarsız sayılıb.

"Gəmiqaya Şirkəti" MMC-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olduğu bildirilir.