📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vasif Talıbovun ən yaxın adamından AÇIQLAMA - "MƏN NƏ ETMİŞƏM Kİ..."

2022-11-30 11:44:00

Vasif Talıbovun ən yaxın adamından AÇIQLAMA -

Naxçıvan Muxtar Respublikasında başlanan antikorrupsiya əməliyyatlarında saxlanılan və istintaqa cəlb olunan şəxslərin sayı artmaqdadır.

Hurriyyet.az qeyd edir ki, sosial şəbəkələrdə və mediada yazılan xəbərlərdə yaxın zamanlarda həbsi gözlənilən şəxslərdən birinin də Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Bəxtiyar İsmayılovun olacağı deyilir.

Bu barədə xəbərlərdə iddia olunur ki, B.İsmayılov hər ay sahibkarlardan, xüsusən də iri şirkətlərdən külli miqdarda rüşvət toplayırmış.

Gununsesi.info-ya açıqlamasında Bəxtiyar İsmayılov barəsindəki iddialara münasibət bildirib.

O, haqqında danışılanları “böhtan” adlandırıb: “Məni niyə həbs etməlidirlər ki? Boş-boş söhbətlərdir, öz iş-gücümlə məşğulam. Mən nə etmişəm ki, tutsunlar”.