Vasif Talıbovun general oğlu işdən çıxarıldı?
2022-11-24 16:07:00
Bir müddətdir mətbuatda general Rza Talıbovun vəzifəsindən azad olunması ilə bağlı xəbərlər dərc edilir.
Hurriyyet.az-ın məlumatına görə, bu barədə Dövlət Miqrasiya Xidmətinin adını vermək istəmədiyi yüksək rütbəli şəxsi Manset.az-a bildirib ki, DMX-nin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbovun işdən çıxarılması haqda məlumatlar yalandır:
“O hazırda işdədir. Üzərinə düşən işlərlə məşğuldur. Vəzifəsini icra edir. İşdən çıxarılması xəbəri yalandır”.
Qeyd edək ki, Rza Talıbov Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğludur.