📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vasif Talıbovun qayınanası vəzifəsindən azad edilib

2023-01-10 20:40:00

Vasif Talıbovun qayınanası vəzifəsindən azad edilib

Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin (ZAQS) rəhbəri Sənufər Sultanova vəzifəsindən azad edilib.

Hurriyyet.Az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Sənufər Sultanova artıq bir neçə gündür işə gəlmir.

Bildirək ki, S.Sultanova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qayınanasıdır.

Pensiya yaşının çoxdan ötməsinə baxmayaraq hələ də vəzifədə olan 80 yaşlı qadın kürəkəninin sədr olduğu vaxtlarda öz işinə davam edirdi. Lakin bir neçə gündür onun işə gəlməməsi ilə bağlı xəbərlər ortaya çıxıb. Belə ki, Sənufər Sultanovanın ərizə yazdığı, yaxın zamanda istefa ərizəsinin qəbul ediləcəyi gözlənilir.