📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vasif Talıbovun zamanında yaradılan daha bir qurum bağlandı

2024-08-12 11:12:01

Vasif Talıbovun zamanında yaradılan daha bir qurum bağlandı

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təsisçisi olduğu "Texniki Servis Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb. 

Hurriyyet.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla əlaqədar olaraq MMC ləğv olunma barədə qərar verib. 

Qeyd edək ki, "Texniki Servis Mərkəzi” MMC Naxçıvan Muxtar Respublikası Ali Məclisinin o zamankı sədri Vasif Talıbovun tapşırığına əsasən təsis edilib. Mərkəz 2022-ci ildə müasir texniki avadanlıqlarla təchiz olunub.

Xatırladaq ki, Vasif Talıbov 2022-ci ildə Ali Məclisin sədri vəzifəsindən azad edilib.