📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Vaşinqton, Brüssel və Moskva formatı Minsk Qrupu həmsədrlərini xatırlatmağa başlayıb" - ELXAN ŞAHİNOĞLU

2023-11-23 15:31:54

"Bu gedişat nəticə verməyəcək, birbaşa danışıqlara və müzakirələrə hədəflənmək lazımdır, iki ölkənin birgə işçi qrupunun formalaşmasına ehtiyac var"

"Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının bir iclasından nəticə gözləmək doğru olmaz. Ancaq bu, fərqli maraqları olan müxtəlif vasitəçi dövlətlərdə keçirilən müzakirələrdən daha faydalıdır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, il bitmək üzrədir, lakin vasitəçilərin iştirakıyla keçirilən görüşlərdən nəticə çıxmadı: "Danışıqların Vaşinqton, Brüssel və Moskva formatı Minsk Qrupu həmsədrlərini xatırlatmağa başlayıb. Bu gedişat nəticə verməyəcək. Birbaşa danışıqlara və müzakirələrə hədəflənmək lazımdır, iki ölkənin birgə işçi qrupunun formalaşmasına ehtiyac var".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az