📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaşinqton görüşünün sensasion bəyanatı - Azərbaycan istədiyinə nail oldu

2023-05-03 19:21:00

Vaşinqton görüşünün sensasion bəyanatı - Azərbaycan istədiyinə nail oldu

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqlarının bəzi təfərrüatları məlum olub.

Bu barədə erməni mediası məlumat yayıb.

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqlar prosesindən iki ABŞ rəsmisi arasında söhbətdən sızma olub.

Fakt budur ki, Vaşinqton sənədlərində Qarabağ erməniləri erməni tərəfinin təklif etdiyi kimi “yerli əhali” deyil, “etnik azlıq” kimi göstərilir.

Bu, Ermənistan üçün çox ciddi çağırışdır. Bu ifadə Azərbaycan diplomatiyasının növbəti qələbəsindən xəbər verir”, – deyə erməni nəşri yazır. \\ Konkret.az