Vaşinqton ilə London və Çin ilə Rusiyanın kəllə-kəlləyə gələcəyi yeni mübarizə meydanı-təbii resurslarla zəngin Arktika
Qütb resursları uğrunda döyüş yenidən başladı. Arktika Şurası isə çaxnaşmaya başlayır. Söhbət ondan gedir ki, Arktika Şurasını yenidən işə salmaq istəyirlər, lakin Rusiya olmadan. Rusiya isə Arktika Şurasının sədridir. Rusiya səfiri Anatoli Antonov isə onsuz qəbul edilən qərarların qeyri-legitim olacağını bildirib.
Qarşılıqlı demarş Arktika üçün ölümcül ola bilər. Arktika Şurası siyasi yaxud hərbi qərarlar qəbul etmir. Yalnzı qlobal istiləşmə və ya aborigen xalqların qorunmasında yaxından iştirak edir.
Arktika Şurasının işi mart ayından, 8 üzv ölkədən 7-nin iştirakını dayandırdığı vaxtdan "dondurulub". Bunlar ABŞ, Kanada və Avropanın şimal ölkələridir. Beləliklə, onlar Rusiyanın siyasətinə etirazlarını bildirdilər.
Siyasi çaxnaşmalar Arktikadakı ən mühüm elmi layihələri iflic etdi. O cümlədən iqlim dəyişikliyinin Arktikanın flora və faunasına necə təsir etdiyini öyrənən "İnteract" layihəsini. Zərərli metan emissiyalarını ölçməli olan "Oden" buzqıran gəmisində də elmi ekspedisiyalar dayandırılıb.
Arktikanın resursları ətrafında qızışmaqda olan proseslərdən görünür ki, bu bölgədə də qruplaşma olacaq. Rusiya Arktika Şurasında müşahidəçi statusunda olan, hələ ki, indiyə qədər Rusiyaya dost olan Çin və Hindistanın dəstəyini almağa çalışacaq. Baxmayaraq ki, çinlilər və hindular üçün təbii ki, Moskva ilə dostluq deyil, öz maraqları üstündür. Necə ki, bütün dövlətlər iş öz maraqlarına gəlincə eyni cür davranırlar.
Ülviyyə, Hurriyyet.az