📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaşinqton İranla əməkdaşlığa görə 12 Çin şirkətinə ixrac məhdudiyyətləri tətbiq etdi

2022-07-01 13:03:00

Vaşinqton İranla əməkdaşlığa görə 12 Çin şirkətinə ixrac məhdudiyyətləri tətbiq etdi

ABŞ İranla əməkdaşlığa görə 12 Çin şirkətini ixrac məhdudiyyətləri siyahısına daxil edib. Belə ki, 
ABŞ Ticarət Nazirliyi Çində yerləşən 12 şirkətin adını İrana qarşı tətbiq edilən sanksiyaları pozduğuna görə, ixracına məhdudiyyət qoyulacaq şirkətlər siyahısına daxil etdiyini açıqlayıb.

ABŞ hökumətinin rəsmi qəzeti "Federal Register"in iyunun 30-da yaydığı hesabata görə, Çində yerləşən bu 12 şirkət saxta yollarla Amerika mənşəli elektron hissələri İrana ixrac edərək bu ölkənin hərbi sahəsinə dəstək olub.
ABŞ-ın Ticarət Nazirliyi Çin şirkətlərini bu ölkənin milli təhlükəsizliyi və xarici siyasət maraqları ilə ziddiyyət təşkil edən fəaliyyətlərdə ittiham edib.
Bununla yanaşı, həmin şirkətlərdən mal alınması amerikalı şəxslər və şirkətlər üçün qadağan edilmir.

Ülviyyə, Hurriyyet.az