📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaşinqton Moskvaya yeni sanksiyalar tətbiq etdi

2025-04-02 23:52:45

Vaşinqton Moskvaya yeni sanksiyalar tətbiq etdi

ABŞ terrorizmlə mübarizə çərçivəsində Rusiyadan olan üç fiziki şəxsi, üç şirkəti və bir quru yükdaşıyan gəmini sanksiya siyahısına salıb.

Bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında məlumat yayılıb.

Bildirilir ki, sanksiyalar Yəmənin “Ənsar Allah” hərəkatından olan husilərə maliyyə və maddi yardım göstərənlərə qarşı tətbiq edilib:

“Söhbət Rusiyadan on milyonlarla dollar dəyərində silah və həssas malların, eləcə də Ukrayna taxılının tədarüklərindən gedir”.

Xatırladaq ki, ABŞ lideri Donald Tramp martın 15-də Yəmən ərazisinin üçdə birinə nəzarət edən husilərə qarşı hərbi əməliyyatın başlandığını elan edib. \\Konkret.az