📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Vaşinqton Post": HƏMAS İsrail ilə razılaşmağa hazır olduğunu bildirib

2023-11-16 12:50:26

Hurriyyet.az xəbər verir ki, HƏMAS  azı 50 nəfər girovu İsrailə qaytarmağa hazır olduğunu bildirib. “Vaşinqton Post” nəşrinin ədəb diplomatına istinadla verdiyi xəbərə görə, hazırda ilkin razılaşma İsrail tərəfindən nəzərdən keçirilir.

Nəşr yazır: “HƏMAS sazişlə bağlı ilkin razılığını bildirib. İndi isə İsrail təklifi nəzərdən keçirir. Qəzza bölgəsində HƏMAS tərəfindən əsir saxlanılan təqribən 240 nəfər İsrail vətəndaşı və əcnəbilər arasından azı 50 nəfər qadın ilə uşağın saziş çərçivəsində azad edilməsi təklif olunub”.

Girovların azad edlməsi müqabilində HƏMAS İsraildən 3-5 gün müddətinə hərbi əməliyyatlara fasilə verməyi, Qəzza bölgəsinə humanitar yardımı artırmağı, münaqişə zamanı İsrail həbsxanalarına salınmış qadın və uşaqların bir qisminin azad edilməsini tələb edir.

Hürr Tərcüman