📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Vaşinqton Post”: “İran dronları Rusiyadadır”

2022-08-30 16:22:00

“Vaşinqton Post”: “İran dronları Rusiyadadır”

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın “Vaşinqton Post” (The Washington Post) nəşri İranın Rusiyaya SPUA (Silahlı Pilotsuz Uçuş Aparatı) göndərdiyini bildirib. Nəşrin yazdığına görə, Moskvanın Ukraynadakı müharibədə istifadə eləmək istədiyi dronların birinci partiyası hələ 19 avqust tarixində Rusiyaya daxil olub.  Söhbət azı iki dron tipindən gedir. Güman edilir ki, Tehran Moskvaya Muhacir-6 və Şəhid seriyalarından olan aparatlar göndərib.

Ağ evin Milli Təhlükəsizlik Şurasınınstrateji kommunikasiyalar üzr koordinatoru Con Kirbinin avqustun 29-da verdiyi açıqlamaya görə, Moskva Tehranla İran dronlarının alınması ilə bağlı danışıqları davam etdirir.

Hürr Tərcüman