“Vaşinqton Post”: “Rusiyanın Krımdakı aviabazasını Ukrayna xüsusi təyinatlıları partladıblar”
Hurriyyet.az xəbər verir ki, ABŞ-da dərc edilən “Vaşinqton Post” nəşri Krımdakı Saki hərbi aviabazasında baş vermiş partlayışı ukraynalı xüsusi təyinatlıların törətdiyini bildirib. Saki aerodromuna edilən hücum Rusiyanın Ukraynanın cənubuna nəzarət eləmək qabiliyyətinə mənfi təsir göstərə bilər.
Amerikanın “Vaşinqton Post” nəşri adları açıqlanmayan ukraynalı mənbələrə istinadla Krımdakı aviabazanı ukraynalı xüsusi təyinatlıların partlatdığını yazıb. Mənbələr əməliyyatın detalları barəsində açıqlama verməyiblər.
Ukrayna Silahlı Qüvvələri Krımda azı doqquz Rusiya qırıcısının məhv edildiyini bildiriblər. Bu məlumat təəsdiqlənərsə, bu, Rusiya HHQ-nin bir sutka ərzində verdiyi ən böyük itki olacaq. Belə bir itki ilə Moskvanın Ukrayna şəhərlərinə hücumu çətinləşəcək.
Belə bir hücumdan sonra uzunmüddətli perspektivdə Ukraynanın cənubunu nəzarətdə saxlamaq rusiyalılar üçün çətin olacaq.
Krım bundan sonra da hücumlar qarşısında zəif olarsa, Rusiya Krımın əlçatmaz hesab elədiyi ərazilərini mühafizə eləməyə məcbur qalacaq. Ukraynanın keçmiş Müdafiə naziri, hazırda isə Müdafiə Strategiyaları analitik mərkəzinin direktoru olan Andrey Zaqorodnyuk bildirib ki, belə vəziyyətdə təchizatla da bağlı problemlər yarana bilər.
Bazada partlayışın necə baş verdiyi barəsində yalnız mülahizələr ilə sürülür. Bəzi hərbi ekspertlər güman edirlər ki, zərbə dron vasitəsi ilə endirilib. PUA-nı baza yaxınlığında gizlənmiş hərbçilər göndərə bilərdilər.
İrəli sürülən digər bir versiya isə belədir – bu, müqavimət hərəkatının nümayəndələrinin törətdikləri partlayışdır.
Belə bir zərbəni raket endirə bilərdi. Lakin Ukraynada bu məsafədə mənzilə malik mərmilərin olub-olmadığı barəsində məlumat yoxdur.
Saki şəhərinin yaxınlığında yerləşən, avqustun 9-da partlayışın baş verdiyi baza ən yaxın cəbhə xəttindən 200 kilomterdən də uzaqdadır. Amerika məmurları orada ABŞ silahlarından istifadə edilməsi versiyasını inkar edirlər. Təbii ki, РСЗО HIMARS vasitəsi ilə Krıma Krımdakı obyektlərə zərbə endirilməsi istisna edilir. “Vaşinqton Post”un yazdığına görə, müqavimət döyüşçüləri heyətlər və komanda məntəqələri kii əsas hədəflərin müəyyənləşdirilməsində mühüm rol oynaya bilərlər.
Novofyodorovka qəsəbəsinin yaxınlığındakı Saki aerodromundan RF Müdafiə Nazirliyinin aviabazası kimi istifadə olunur. Burada təyyarələr və vertolyotlar, o cümlədən, dəniz aviasiyası yerləşir.
Ukrayna mətuatının yazdığına görə, aerodromdan havaya qalxan təyyarələr dəfələrlə Ukrayna ərazisinə zərbələr endiriblər.
Hürr Tərcüman