Vaşinqton Ukraynaya dəstək sözü verdi
Vaşinqton və Kiyev, prezidentlər Co Bayden və Vladimir Zelenski arasındakı görüşdən sonra birgə bəyanatda, "Şimal axını 2" qaz kəmərinin inşasına qarşı mübarizə aparmaq qərarına gəldilər.
“RİA Novosti” xəbər verir ki, tərəflər Rusiyanın Ukraynaya qarşı "təcavüzünə" qarşı çıxış ediblər və qaz kəmərini Avropanın enerji təhlükəsizliyinə təhdid adlandırıblar. Eyni zamanda, ABŞ Ukraynanın tranzit rolunu qorumaqla yanaşı, bu enerji keçid dövründə tədarükün təhlükəsizliyini təmin etmək istəyir. Vaşinqton bu qaz kəmərinin "geosiyasi silah kimi" istifadəsinin qarşısını almaq niyyətindədir. Bu məqsədlə Vaşinqton enerji diplomatiyasının alət və müxtəlif tədbirlərini istifadə etməyə davam edəcək.
Həmçinin bildirilir ki, iki ölkə Ukraynanın eneri təhlükəsizliyininin "korporativ idarəetmə islahatları ilə dəstəklənən davamlı, təsirli və uzunmüddətli həll siyasəti" ilə gücləndirilməsi zəruridir. Bundan başqa, hər iki ölkə qəbul etdilər ki, Rusiyanı Ukraynaya qarşı təcavüzə görə məsuliyyətə cəlb etməyə çalışmağa davam edəcəklər.
Ülviyyə Şükürova
Hurriyyet.az