Vaşinqtonda Bayramov-Blinken-Mirzoyan görüşü olacaq
2022-11-03 16:20:00
“Yaxın zamanlarda Vaşinqtonda Ermənistan və Azərbaycanın XİN rəhbərləri Ararat Mirzoyan və Ceyhun Bayramov, eləcə də ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək”.
Hurriyyet.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ararat Mirzoyan açıqlayıb.
Mirzoyan dəqiq tarix açıqlamasa da, görüşün bir neçə gündən sonra baş tutacağını bildirib.