📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Vaşinqtonda sülh müqaviləsinin mətnini Azərbaycan tərəfinə verdik”

2022-11-17 17:09:00

“Vaşinqtonda sülh müqaviləsinin mətnini Azərbaycan tərəfinə verdik”

“Rusiyanın təkliflərinin məqbul olduğunu nəzərə alaraq, Ermənistanın siyasi meydanında Qarabağ məsələsində praktiki olaraq razılıq mövcuddur”.

Hurriyyet.az xəbər verir ki, bunu ötən gün parlamentdə çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, Azərbaycanla sülh müqaviləsi məsələsinə də toxunub:

“Vaşinqtonda biz sülh müqaviləsinin mətnini Azərbaycan tərəfinə verdik. Sülh müqaviləsinə gəlincə, iki yanaşma var - təfərrüatlı və konkret olmayan çərçivə sazişi. Qarabağda yaşayan ermənilərlə Azərbaycan nümayəndələri arasında onların hüquqlarının və təhlükəsizliyinin beynəlxalq səviyyədə görünən müzakirəsi başlamalıdır”.

yeniavaz.com