📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaşinqtondan İRƏVANA ZƏNG: Blinken Paşinyana nə söz verib?

2023-09-09 22:14:54

Vaşinqtondan İRƏVANA ZƏNG: Blinken Paşinyana nə söz verib?

ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Bu barədə "RİA Novosti" Ermənistan Nazirlər Kabinetinə istinadla məlumat yayıb.

Bildirilib ki, amerikalı siyasətçi söhbət zamanı Paşinyana Ermənistan-Azərbaycan problemlərinin həllinə kömək edəcəyinə söz verib.

"Blinken bütün məsələlərin dialoq və dinc diplomatiya yolu ilə həllinin vacibliyini vurğuladı və qeyd etdi ki, Birləşmiş Ştatlar bununla bağlı fəal şəkildə səylərini davam etdirəcək", - bəyanatda deyilir. \\Sfera.az