📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaşinqtondan Suriya ilə bağlı TARİXİ QƏRAR: Silah embarqosu şərtləri yumşaldıldı

2026-10-02 18:41:42

Vaşinqtondan Suriya ilə bağlı TARİXİ QƏRAR: Silah embarqosu şərtləri yumşaldıldı

Birləşmiş Ştatlar Suriyanı silah ixracının avtomatik olaraq rədd edildiyi ölkələr siyahısından çıxarıb.
Hurriyyet.net  xəbər verir ki, Vaşinqtonun bu qərarından sonra Suriyadan gələn hərbi təchizat və silah tədarükü sorğularına əvvəlki kimi birbaşa imtina verilməyəcək, hər bir müraciətə fərdi qaydada baxılacaq.

Bununla belə, ABŞ rəsmiləri bəyan ediblər ki, qəbul edilən yeni qayda Suriyaya konkret hər hansı silah satışı sövdələşməsinin təsdiqlənməsi demək deyildir.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin bu addımı Birləşmiş Ştatların daha əvvəl Suriyanı terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarmasından sonra mümkün olub.