📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaşinqtondan TƏKZİB: ABŞ Oman vasitəsilə İranla nüvə sazişi üzrə danışıqlar aparmır

2024-07-12 12:04:51

Vaşinqtondan TƏKZİB: ABŞ Oman vasitəsilə İranla nüvə sazişi üzrə danışıqlar aparmır

ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Kirbi İranın xarici işlər naziri Baqeri Kaninin Vaşinqtonla Tehran arasında Oman vasitəsilə nüvə sazişinin bərpası ilə bağlı danışıqlar aparıldığını təkzib edib.

Kirbi bunu İranın müxalif "İran İnternational" kanalına müsahibəsində deyib. 
“Mən İranla əlaqə kanalları haqqında danışmaq istəmirəm və danışa da bilmərəm, lakin JCPOA-nın bərpası ilə bağlı aktiv danışıqlar aparılmır”, deyə Kirbi əlavə edib.

Ülviyyə, Hurriyyet.az