Vaşinqtonla Londonun Səudiyyədən umacaqları var
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, qlobal miqyasda neft qiymətlərinin artmasının ardından ABŞ ilə Britaniya Səudiyyə Ərəbistanına mühüm bir tələblə müraciət ediblər.
Son 40 ildə ən yüksək inflyasiya ilə qarşılaşan Böyük Britaniya dövlətinin Baş naziri Boris Conson ötən həftə Prezident Baydenin ağırışına paralel olaraq, rekord neft qiymətlərini tarazlamaq üçün Səudiyyə Ərəbistanını neft istehsalını artırmağa çağırıb. Conson deyib: “Səudiyyə daha çox neft istehsal eləməlidir – buna heç bir şübhə yoxdur. Nə qədər artığını istehsal edə biləcəyi məsələsində müəyyən problemlər ola bilər”.
Keçən həftə isə Bayden OPEC+ ittifaqının lideri olan Səudiyyə Ərəbistanına səfəri ərəfəsində Bəsrə körfəzindəki mühüm istehsalçıların istehsalı artıracağına ümidvar olduğunu bildirmişdi.
Bəlli olduğu kimi pandemiyadan sonra tələbin artması, Ukrayna müharibəsi və başqa problemlərin fonunda neftin bir barreli hazırda 110 dollardan baha satılır.
Hürr Tərcüman