📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaşinton: Rusiya Ukraynaya qarşı 350 min nəfəri səfərbər etməyə hazırdır

2021-12-08 17:07:00

Vaşinton: Rusiya Ukraynaya qarşı 350 min nəfəri səfərbər etməyə hazırdır

Hurriyyet.az “Avia.pro” portalına istinadən xəbər verir ki, ABŞ Dövlət katibinin müavini Viktoriya Nulan Putin ilə Bayden arasında danışıqlar keçirilməsinə baxmayaraq, ABŞ-ın əlində olan məlumata görə, Rusiya tərəfinin Ukrayna ilə döyüşə 100-ə qədər batalyon-taktiki qrup göndərməyə hazır olduğunu iddia edib. Hazırda Ukrayna sərhədində 50 natalyon-taktiki qrupun daxilində 175 min hərbçi toplaşıb. Ağ Evin iddiasına görə, zərurət yarandığı təqdirdə, bu heyət iki dəfə artırıla, yəni 350 min nəfərə çatdırıla bilər. Bu – Urala qədər olan ərazidəki hərbi hissələrdə yerləşdirilmiş demək olar ki, bütün Rusiya hərbi hissələrinin heyətidir.

Hürr Tərcüman