📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaşqinton BMT Baş katibini ittiham etdi...

2022-12-21 11:20:00

Vaşqinton BMT Baş katibini ittiham etdi...

ABŞ BMT baş katibini ittiham edib. Vaşqintonun ittihamının səbəbi, öz təbirincə desək, BMT Baş katibinin “Rusiyanın təhdidlərinə boyun əyməsi” və İranın tədarük etdiyi pilotsuz təyyarələrin Rusiya tərəfindən istifadə edilməsi faktını yoxlamaq üçün Ukraynaya rəsmilər göndərməməsidir.
“Biz BMT Katibliyinin Rusiyanın təhdidlərinə açıq-aşkar boyun əyərək Təhlükəsizlik Şurasının ona verdiyi araşdırma mandatını yerinə yetirməməsindən məyus olduq”, deyə rəsmi Vaşinqtondan bildiriblər.

Ülviyyə, Hurriyyet.az