📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaşqinton hərbi məsləhətçilərini post-sovet ölkələrin göndərir

2024-05-31 11:21:09

Vaşqinton hərbi məsləhətçilərini post-sovet ölkələrin göndərir

ABŞ öz məsləhətçilərini ordularını Amerika standartlarına uyğunlaşdırmaq üçün Moldova, Ermənistan, Ukrayna və Balkan ölkələrinin müdafiə nazirliklərinə göndərir.

Bu barədə Fransanın “Intelligence Online” nəşri məlumat yayıb.

"ABŞ bu nazirliklərin tələbi ilə Ukrayna, Moldova, Ermənistan və Balkan ölkələrinin müdafiə nazirliklərinə məsləhətçilər göndərir. Məqsəd onları Amerika hərbi qüvvələrinə daha çox uyğunlaşdırmaq və Rusiya modelindən uzaqlaşdırmaqdır", deyə məlumatda bildirilir.

Nəşr yazır ki, Vaşinqton bununla da “Moskvanın orbitindən çıxmaq istəyən” ölkələrin “məsuliyyətini öz boynuna götürür”.

Ülviyyə, Hurriyyet.az