Vaşqintonda Prezident İlham Əliyevlə baş nazir Paşinyanın görüşü keçiriləcək-Təşəbbüs ABŞ-ındır
2023-04-11 10:13:00
Ermənistanın “Past” qəzeti yazır ki, bu günlərdə Aİ Şurasının prezidenti Şarl Mişel baş nazir Paşinyan və prezident Əliyevlə 3 dəfə telefon danışığı aparıb. Əsas mövzu Ermənistan-Azərbaycan münasibətləri və danışıqlar prosesidir.
Mənbə bildirir ki, Avropa tərəfinin Paşinyanla Əliyev arasında yaxın həftələrdə Brüsseldə görüş keçirməkdə maraqlı olmasına baxmayaraq, onun Vaşinqtonda baş tutacağı gözlənilir. Bu təşəbbüs ABŞ dövlət katibi Blinkenə məxsusdur.
Ülviyyə, Hurriyyet.az