Vaşqintondan "ikiüzlü addım"-ABŞ Rusiyanın İran əleyhinə sanksiyalardan azad edilməsini bərpa edir ki, Moskva İrana nüvə silahı ərsəyə gətirməkdə kömək etsin
ABŞ Rusiyanın İran əleyhinə sanksiyalardan azad edilməsini bərpa edir. Bu Rusiya korporasiyalarına İranın nüvə obyektlərində məhdudiyyətlər olmadan fəaliyyət göstərməyə imkan verəcək və Tehran məhdud miqdarda zənginləşdirilmiş uran üçün ruslara pul ödəyəcək.
Bu barədə İsrailin "Ynet" saytı xəbər verir. Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Respublikaçılar partiyasından olan sədri Ted Kruz bildirib ki, bu "beynəlxalq normaları pozan problemli həlldir". Ted Kruz həmçinin bəyan edib ki, "Bayden nüvə sazişinə qayıtmaq fikrindədir. Bayden administrasiyası keçən həftə İrana sanksiyaların yüngülləşdirilməsini yenilədi və Rusiya korporasiyalarına İranın nüvə obyektlərində məhdudiyyətsiz işləməyə imkan verdi. Bu qərar ötən çərşənbə axşamı ABŞ-ın dövlət katibi Entoni Blinken tərəfindən təsdiqləndi, lakin məlumat Konqresə cümə gününə, iş gününün sonuna qədər göndərilmədi. Bu addım ABŞ-dakı respublikaçılar və yəhudi təşkilatları tərəfindən tənqid edilib və onlar deyirlər ki, Bayden administrasiyası “dünyanın İran və Rusiya arasında yenilənmiş hərbi ittifaqdan narahat olduğu bir vaxtda sanksiyaların yüngülləşdirilməsini xalça altında gizlətməyə çalışır”.
Bu istisna Rusiyanın dövlət enerji şirkəti Rosatom kimi korporasiyalara Perdyu nüvə obyektində məhdudiyyətsiz fəaliyyət göstərməyə, eləcə də İranın cənubundakı Buşehrdəki atom elektrik stansiyasında fəaliyyətini davam etdirməyə imkan verir. Bundan əlavə, o, İrana məhdud miqdarda zənginləşdirilmiş uran üçün Rusiyaya pul ödəməyə imkan verir, hansı ki, bu zənginləşdirilimiş uran Tehrandakı yüngül sudan istifadə edən və 1967-ci ildə ABŞ tərəfindən tibbi məqsədlər üçün radioizotop istehsal etmək üçün İrana verilmiş nüvə reaktoru və kənd təsərrüfatı məqsədləri üçün çalışan tədqiqat reaktorunu təşviq etməkdən ötrü istifadə edilir.
Snksiyadan azad olunmanın bərpa olunması 2015-ci il nüvə razılaşmasının qalığı və Bayden administrasiyasının keçən ilin əvvəlində müəyyən etdiyi siyasətin bir hissəsidir. Bu, əslində əvvəlki prezident Donald Trampın Rusiyaya ölkənin yeniyetmələr üçün oyun meydançalarında nüvə işində əməkdaşlıq etməyə icazə verərək İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırır. Bu qərarla İranda iki yeni atom elektrik stansiyasının tikintisinə bəzi sanksiyalar tətbiq edilmişdi.
P.S. Belə görünür ki, ABŞ piştaxta altından İranın nüvə silahı ərsəyə gətirməsini istəyir və bu vəzifəni də Rusiyaya-"ROSATOM"a həvalə edib. Maraqlıdır, İranın nüvə silahı düzəltməsində ABŞ-ın marağı nədir? Türkiyənin və ərəb coğrafiyasında sünni dünyanın qarşısına Troya atı-İranı dikmək, Türkiyəni İranla neytrallaşdırmaq, necə ki, İranın missiyası hər zaman bu olub. Bunun ardınca isə ABŞ-ın niyyəti əlinə "nüvə toxmaq"ı alan İranı BMT TŞ-nın üzvlüyünə salmaq olacaq... BMT-də dəyişikliklərin olacağı prezident Ərdoğanın "dünya 5-dən böyükdür" sözündən sonra qaçılmaz gözlənilən idi...
Ülviyyə, Hurriyyet.az