Vatikan Rusiya qazının pulunu rublla ödəyən ilk ölkə oldu
2022-03-30 12:51:00
Rusiya prezidenti Vladimir Putinin xarici ölkələrə qaz tədarükünün rublla ödənilməsi qərarından sonra bəzi Avropa ölkələri buna etiraz etdilər. Amma bu günün xəbərinə görə, Vatikan prezident Putinin qərarına müsbət yanaşma nümayiş etdirib.
Belə ki, Rusiya Mərkəzi Bankından 10 milyon avro dəyərində rubl alan Vatikan Bankı bu gün martın 30-da ilk olaraq qazın pulunu rublla ödəyib.
Papa hələ də rublla qaz almaqdan imtina edən bir çox siyasətçidən daha uzaqgörən tərpənib.
Ülviyyə, Hurriyyet.az