Vatikanın erməni yalanını ifşa etməsi Fransa erməniliyini "qeyzləndirdi"
Fransa erməniliyinin “kürkünə birə düşüb”. Belə ki, Fransadakı erməni hərəkatı “L'Osservatore Romano” qəzetində dərc olunmuş Vatikanın Azərbaycanı “alban kilsəsinin beşiyi” kimi tanımağa çağıran mövqeyini qətiyyətlə pisləyib. Erməni birliyinin Vatikana qeyzlənməsinin səbəbi isə odur ki, Müqəddəs Taxt-tacın rəsmi nəşrində “Xristianlığın mənşəyi: Azərbaycan Alban Apostol Kilsəsinin izi ilə. Qafqazda qədim Albaniyaya səyahət” sərlövhəli məqalə dərc olunub.
Fransa Erməni Hərəkatı iddia edir ki, Ermənistan eramızın 301-ci ildə kral III Trdatın dövründə xristianlığı dövlət dini kimi qəbul edən ilk ölkə olub. İndiki Ermənistan ərazisində qəsb olunan torpaqlarımızda türk-alban xristianlığının izlərini məharətlə sildikdən və tarixi sərvətlərimizi mənimsədikdən sonra Qarabağdakı alban izlərini də işğal dönəmində öz adlarına çıxmağa çalışan erməni faktoru yalanlarının ifşa olunmasından əl-ayağa düşüb və panika içindədir.
Fransa Erməni Hərəkatının sədri Jak Raffi Papazyan Roma Papasını Vatikanın mövqeyinə aydınlıq gətirməyə çağırıb.
Ülviyyə, Hurriyyet.az