📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vatikanın İrəvan səfirliyindən Ermənistanın Qafqazda ərazi iddialarına dəstək... 

2021-09-03 14:37:00

Vatikanın İrəvan səfirliyindən Ermənistanın Qafqazda ərazi iddialarına dəstək... 

Vatikan nəhayət ki, "maskasını çıxarır" və açıq-açıq özünün Cənubi Qafqaz bölgəsindəki əsas təmsilçisi olan Ermənistana “stavka” edir. Belə ki, İrəvanda Roma Papasının ofisi-Vatikan səfirliyi açıldı.

Vatikanın Qafqaz xalqları tarixindəki rolunu qiymətləndirmək yaxud gözdən qaçırmaq olmaz. Xatırladaq ki, tarixdə Roma Papalığı “erməni projesi”nin əsas müəlliflərindən və təşəbbüskarlarından idi. Nəticədə bu “erməni projesi” həm ermənilərin özlərinə, həm də onlarla eyni bölgədə yaşayan xalqlara böyük faciələr bahasına başa gəldi. Məhz Roma papalarının “kurasiya etdiyi” “Mxitarist ordeni” saxtakarlıq və tarixi faktların təhrifinə əsaslanan mifləşdirilmiş "Ermənistanın qədim tarixi"ni uydurdu. Ardınca isə təkcə Vatikanın deyil, həm də Eçmiədzinin səyləri ilə Yaxın Şərqə səpələnmiş erməni-qriqorian dini mərkəzli çoxqəbiləli və çoxdilli əhaliyə uydurma “qədim erməni tarixi” nəzəriyyəsi əsasında "milli fikir" aşılandı.

Ancaq son vaxtlara qədər Vatikan erməni millətçiləri ilə çox sıx bağlarını və bu fəaliyyətlərin "koordinasiyasını" reklam etməməyə çalışırdı. Xatırlamaq kifayətdir ki, Ermənistandakı Apostol Nuntsiaturası (Vatikan Səfirliyi) 24 may 1992-ci ildə daimi olaraq yaradılmışdı. O vaxtdan 2021-ci ilin sentyabr ayına qədər Apostol Nuntsiaturasının (Vatikan Səfiri) Ermənistanda rəsmi iqamətgahı yox idi. Vatikan səfirliyinin həm Gürcüstan, həm Ermənistandakı iqamətgahı Gürcüstanın paytaxtı Tiflisdə idi.

Ancaq 1 sentyabr 2021-ci il tarixindən İrəvanda Roma Katolik Kilsəsi Səfirliyinin ofisi işə başladı. Bu barədə papalığın nümayəndəsi Xose Avelino Bettankur məlumat verib. Ofis İrəvanın mərkəzində, Milli Akademik Opera Teatrı ilə Respublika Meydanı arasında Şimal prospektində yerləşir. İndi Vatikan səfirliyi ofisin açılış mərasiminə hazırlaşır.

Gürcüstan və Ermənistanda Vatikan səfirliyinin açılışından sonra, nuntsinin nəhayət təməlli olaraq İrəvana köçəcəyi və Tiflisdə isə "qonaq" qismində olması  mümkündür. Yəni Tiflis nümayəndəliyi “ayaqüstü” səfərlər simasını daşıyacaq. Ola bilsin ki, Ermənistanda ayrıca nümayəndəlik olacaq. Yeri gəlmişkən, Gürcüstandakı Katolik təşkilatda da əsasən etnik ermənilər və ya kripto erməniləri çalışır.

Vatikanın Gürcüstan və Ermənistandakı nümayəndəliyinin rəsmi saytına daxil olmaq maraqlıdır https://vaticange.org/. Burada Gürcüstan və Ermənistanı "simvolizə edən” iki fotoşəkildən ibarət "kolaj" var.

Solda, Gürcüstanın Kazbek dağ zirvəsinin (Mkinvartsveri) fotoşəkili var ki, bu da anlaşılandır. Bura Gürcüstan torpağı və gürcü dağıdır. Ancaq sağda, Ermənistan ərazisində yerləşən Xor Virap monastırı təsvir olunmasına baxmayaraq, fotoşəkilin çox hissəsində Türkiyənin Ağrıdağının (Ararat) şəkli təsvir edilib. Yəni Xor Virap Ağrıdağı fonunda təsvir edilib.

Vatikan, prinsipial olaraq başa düşməli idi ki, öz səfirliyinin səhifəsinə Türkiyə ərazisində yerləşən dağın şəklini yerləşdirməklə erməni millətçilərinin Türkiyəyə ərazi iddialarını dəstəklədiklərini bəyan edirlər. Halbuki başqa şəkil də yerləşdirmək mümkün idi. Ermənistanda, onun beynəlxalq səviyyədə tanınmış ərazisində digər dağ mənzərələri də var. Amma yayımlanan məhz Türkiyənin Ağrıdağının fotosu idi!

Üstəlik, Ermənistan prezidenti Armen Sarkisyan, hansı ki, 1995-1996-cı illərdə  Ermənistanın Vatikandakı rəsmi səfiri olub, bu ilin aprelində Gürcüstana səfəri zamanı Gürcüstanın Prezidentinin fəxri qonaqlar kitabında Türkiyənin Ağrıdağının şəklini çəkdi. Beləliklə, o, bir daha təxribatçı tərzdə torpaq iddiasını Türkiyəyə elan etdi. Bu hərəkətə təxribatçı tərz deyilsə də əslində onun təməlində verilmiş vədin yatdığı daha çox ehtimal olunan variantdır.

Odur ki, Aqridağın "Ermənistanla bağlı" təxribat xarakterli fotoşəkillər və rəsmlərdə yerləşdirilməsi təsadüfi deyil, buna əslində Vatikan tərəfindən rəsmi olaraq icazə verilmişdi. Bu cür təxribatları, üstəlik, sərhədlərin yenidən tərtib edilməsinin müharibələrə və faciələrə səbəb olduğu Cənubi Qafqaz bölgəsində yeni müharibələrə çağırış, eləcə də Ermənistanın digər dövlətlərə ərazi iddiası kimi, üstəlik də dünya xristianlığı liderliyinə iddialı olan Roma Papalığının dəstəyi ilə ortaya atılan ərazi iddiası kimi başa düşmək olar. Gürcüstanda Abxaziya və Tsxinvali bölgəsindən 300 mindən çox qaçqın hələ də evlərinə qayıda bilmir.

İrəvanda papa rahibəsinin ayrıca ofisinin olması Gürcüstan üçün yaxşı heç nə vəd etmir. Çünki papalığın yalnız Tiflisdə bir ofisi olanda Erməni Katolik Kilsəsinin Şərqi Avropa Ordinariatı Gürcüstan ərazisindəki 23 gürcü kilsəsinə iddialar elan etdi və bununla da Eçmiədzinin 442 gürcü kilsəsinə iddialarını dəstəklədi (ümumilikdə Erməni millətçiləri 465 gürcü kilsəsinə iddia edirlər). Şübhəsiz ki, İrəvanda bir ofisi olan Vatikan, çox güman ki, erməni millətçilərinin anti-gürcü iddialarını dəstəkləməkdə daha da fəal olacaq və Gürcü Pravoslav Kilsəsinə qarşı daha da düşmən olacaq.

Hazırladı: Ülviyyə Şükürova

Hurriyyet.az