Vatikanın tarixində ilk dəfə kardinal korrupsiyaya görə həbs cəzası alıb
Vatikanda baxılan korrupsiya işində keçmiş kardinal Angelo Becciu mənimsəmədə təqsirli bilinərək 5,5 il müddətinə azadlıqdan məhrum edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.
Becciu mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə kimi cinayətlər törətdiyi iddiası ilə həbs edilib. Ona qarşı irəli sürülən ittihamları rədd edən 75 yaşlı Becciu iddia edib ki, o, işdə göstərilən pulu “kəşfiyyat xidmətləri” və Afrikada islamçı yaraqlılar tərəfindən qaçırılan rahibənin xilasetmə əməliyyatı üçün səf edib.
Bu korrupsiya fəaliyyətləri nəticəsində Vatikanın 200 milyon avroya qədər zərər çəkdiyi müəyyən edilib. Angelo Becciu ona qarşı irəli sürülən ittihamlardan sonra Papa Fransisk tərəfindən vəzifəsindən azad edilib.
Vatikan tarixində ilk dəfə olaraq kardinal həbs cəzası alıb.
Bizimyol.info