📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vaxt bilindi: Nazirlər Almatıda bu tarixdə görüşəcəklər

2024-05-06 11:13:22

Vaxt bilindi: Nazirlər Almatıda bu tarixdə görüşəcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində keçirəcəyi görüşün tarixi açıqlanıb.

Hurriyyet.az xəbər verir ki bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Onun sözlərinə görə, nazirlərin görüşü mayın 10-da Almatıda keçiriləcək. 

Qeyd edək ki, sözügedən görüşdə sülh müqaviləsinin imzalanması istiqamətində ciddi irəliləyişlərin olacağı gözlənilir.