Vedomosti: “Üçtərəfli görüş gözlənilir”
2022-10-24 12:46:00
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Rusiyanın “Vedomosti” nəşrinə məlumat verən diplomatik mənbə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyada görüşərək RF Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara biləcəklərini bildirib.
Nəşrə məlumat verən digər mənbə isə üçtərəfli görüşün oktyabrın axırlarında, Moskva, yaxud da Soçi şəhərində keçiriməsinin mümkün olduğunu söyləyib: “Çox güman ki, Soçi şəhərində keçiriləcək”.
Oktyabrın 25-də Rusiya Prezidenti Vladimir Putin Soçidə “Valday” klubunun plenar iclasında iştirak edəcək.
Hürr Tərcüman