Vəhdət Partiyası Azərbaycan xalqını Zəfər günü münasibətilə TƏBRİK ETDİ
Vəhdət Partiyası Azərbaycan xalqını 8 noyabr Zəfər günü münasibətilə təbrik edib.
Partiya sədri Tahir Kərimlinin adından yayılan təbrikdə deyilir:
"44 gün ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında müzəffər Ordumuz xalqımızın birliyi və iradəsini təcəssüm etdirərək, 30 ildən artıq doğma torpaqlarımızı işğal altında saxlayan və orada böyük dağıntılar törətmiş Ermənistan ordusunu darmadağın edərək, 8 noyabr 2000-ci ildə Şuşa şəhərini azad etməklə düşməni təslimçilik aktına imza atmağa nail olub. Bu böyük Qələbənin əldə olunmasında Cənab Prezidentin illər boyu ustalıqla formalaşdırdığı xarici siyasət və diplomatiyanın, ordumuzun şücaətinin və xalqımızın, bütün siyasi qüvvələrin sıx birləşməsinin mühüm rolu olub. Bununla da Azərbaycan xalqı tarixinin ən böyük zəfərlərinin birini yaşadı, bütün dünya qarşısında azərbaycanlıların başı ucaldı! Bu misilsiz qələbə-Zəfər günü münasibətilə hörmətli Prezident, Ali Baş Komandan İlham Əliyevi, əziz Azərbaycan xalqını, rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətini və zabitlərini bütün Vəhdətçilər adından təbrik edir, qürur duyduğumuzu ifadə edirik! Allah şəhidlərimizə rəhmət etsin,qazilərimizə can sağlığı versin! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!" \\Pravda.az