📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vəkil Adəm Məmmədov təqsirləndirilən şəxs oldu

2024-07-18 21:17:04

Vəkil Adəm Məmmədov təqsirləndirilən şəxs oldu

Vəkil Adəm Məmmədov məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs qismində tanınıb. İyulun 18-də Nərimanov rayon məhkəməsində hakim Vüsal Qurbanov bu barədə qərar çıxarıb.

Adəm Məmmədov vəkil həmkarı Ceyhun Yusifovun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında təqsirləndirilən şəxs olub.

Ceyhun Yusifov həmkarının ona böhtan atdığını bildirir və Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cinayət məsuliyyətinə cəlb olunmasını istəyir.\\Gununsesi.info