📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vəkil Orxan Kəngərli həbs edildi

2026-11-19 21:00:48

Vəkil Orxan Kəngərli həbs edildi

“Alyans” vəkil bürosunun rəhbəri, vəkili Orxan Kəngərli məhkəməyə çıxarılıb.

Hurriyyet.info -nun  əldə etdiyi məlumata görə, onunla bağlı təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb.

Orxan Kəngərliyə qarşı Cinayət Məcəlləsinin 236.2.4 (narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə təhrik etmə) və 240-cı (güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə Orxan Kəngərli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu əməliyyat polis tərəfindən keçirilib.