📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Vəkilin bəraət hökmü çıxaran hakimə minnətdarlığının səbəbini anlamıram"

2022-04-18 20:18:00

"Bizdə vəkil cinayət işi üzrə məhkəmədə hər hansı bir uğurlu nəticə əldə etdikdə digər vəkillər onu təbrik edir, o da hakimə öz minnətdarlığını bildirir"'.

Bunu vəkil Samir Əliyev bildirib.

O qeyd edib ki, hakimə təşəkkür etməyin səbəblərindən biri vəkil tərəfindən özünüreklam olsa da, ən əsas səbəb odur ki, məhkəmələr ittiham yönümlüdülər: "Nadir hallarda müdafiə tərəfinin xeyrinə qərarlar qəbul edirlər. Ancaq hakimə minnətdarlıq etməyi hansı səbəbdən edirlər, bunu anlamıram". \\E-huquq.az