Velosipedçini maşın vurub öldürdü - Fotolar
2026-10-04 12:26:39
Ucarda ölümlə nəticələnən qəza olub.
Hurriyyet.net “Qafqazinfo” istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili velosipedçini vurub.
Ağır xəsarət alan təxminən 45 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.


