Venesuela 1 milyon hektar torpağını İranın ixtiyarına verir
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Venesuela kənd təsərrüfatı bitkilərini yetişdirmək üçün İrana milyon hektar böyüklüyündə ərazi verəcək. Bu barədə açıqlamanı İranın Aqrar Assosiasiyasının başçısı Əli Rizvanzadə verib.
Onun sözlərinə görə, ərzaq təhlükəsizliyini təmin eləmək üçün İranın 7 milyon hektar kənd təsərrüfatı sahəsinə ehtiyacı var.
İranın Ticarət Palatasının keçmiş sədri Məsud Daneşmand isə öz növbəsində bildirib ki, ölkələr arasındakı böyük məsafə və daşınma xərclərinin çoxluğu səbəbindən Tehranın Venesuelada qarşıdakı və soya paxlaları yetişdirilməsinə qoyduğu sərmayələri iqtisadi cəhətdən effektli hesab eləmək olmaz.
Qeyd edək ki, İran tərəfi ilə danışıqlardan sonra Venesuela Prezidenti Nikolas Maduro neft, neft emalı, neft-kimay, həmçinin, müdafiə, turizm, mədəniyyət və kənd təsərrüfatı sahələrində İran ilə 20 illik əməkdaşıq planı hazırlandığını bəyan eləmişdi.
Hürr Tərcüman