📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Venesuela Prezidenti Fələstini Holokostla müqayisə edib, Zelenskini "təlxək" adlandırıb

2024-03-12 11:05:43

Venesuela Prezidenti Fələstini Holokostla müqayisə edib, Zelenskini

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro İsrailin fələstinlilərə qarşı münasibətini faşist Almaniyasının lideri Hitlerin yəhudilərə qarşı soyqırımı ilə müqayisə edib.
Maduro yerli televiziyaya müsahibəsində deyib: "İsrail məscidləri bombalayır və namaz qılan insanları qətlə yetirir. Netanyahu ilə İsrail hökumətinin etdiklərini yalnız yəhudi xalqının Hitler tərəfindən təqibi və ölüm düşərgələrində qırğına məruz qalması ilə müqayisə eləmək olar. Onları həmin düşərgələrdən Sover İttifaqının əsgərləri xilas etdilər. Yəhudilərin Holokostu bu gün Fələstin Holokostuna çevrilib".
Venesuela Prezidenti Ramazan ayının gəlişi münasibətilə "Fələstin xalqının soyqırımına görə əzab çəkən" bütün dünya müsəlmanlarını təbrik edib və bu mübarək ayın sülh gətirəcəyinə ümidvar olduğunu bildirib.
Maduro deyib: "Biz Roma papası Fransisk ilə birlikdə sülh və ədalət tərəfdarıyıq".
Həmin müsahibə zamanı Maduro Roma Papasının Rusiya ilə razılaşmaq təklifinə çox sərt şəkildə "yox" cavabı verərək ölkənin ərazi bütövlüyün qorumağa çalışan Ukrayna Prezidenti Vladimir Zelenskini təhqir edib, onu "təlxək" adlandırıb.
Hürr Tərcüman