📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Venesuelada onlarla insan selin qurbanı oldu, ölkədə matəm elan edildi

2022-10-15 11:32:00

Venesuelada onlarla insan selin qurbanı oldu, ölkədə matəm elan edildi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Venesuelanın şimalında 8 oktyabr tarixindən bəri başlanan leysan yağışlar hələ də davam edir. Yağıntı nəticəsində yaranan sellər və sürüşmələr nəticəsində 50 nəfər insan həlak olub.

Ölkənin şimalındakı Araqua ştatında 3200 nəfər xilasedicinin və 30 ədəd texnikanın cəlb edildiyi axtarış-xilasetmə işləri davam edir.

Nikolas Maduro oktyabrın 12-də fəlakət zonasına səfəri zamanı qurbanların sayının 100 nəfərə qədər çatacağını istisna etməyib.

Ölkədə üçgünlük matəm elan edilib.

Hürr Tərcüman