📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vens və Xaçaturyan görüşdü - Foto/Yeniləndi

2026-02-09 22:12:41

Vens və Xaçaturyan görüşdü - Foto/Yeniləndi

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan İrəvanda ABŞ vitse-prezidenti Cey Di Vensi qəbul edib.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Prezident Administrasiyası məlumat yayıb.

Görüş zamanı Xaçaturyan regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb və ABŞ Prezidenti Donald Trampın İrəvanla Bakı arasında sülh prosesinə böyük töhfəsini qeyd edib.

Həmçinin vurğulanıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığın genişlənməsinə və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə kömək edir.

Bundan öncə Vens və Ermənistanın Baş naziri Nikol Paşinyan danışıqlar aparıb. Paşinyan görüşdən sonra vurğulayıb ki, Ermənistan və ABŞ arasında hərbi və müdafiə əməkdaşlığı sahəsində mühüm irəliləyiş əldə olunub.

***

İrəvanda ABŞ-ın vitse-prezidenti Cey Di Vens və Ermənistanın Baş naziri Nikol Paşinyanın danışıqları başlayıb.

Publika.az Ermənistan mediasına istinadən görüşdən fotoları təqdim edir: