📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Verdyan: Separatçılar ancaq silah dilini başa düşür

2023-09-19 16:28:15

Verdyan: Separatçılar ancaq silah dilini başa düşür

Bakı iki dəfə danışmağa dəvət etdi, amma qəbul etmədilər. Humanitar yardım təklif etdi, onu da qəbul etmədilər. Ən yaxşı şərtlərlə inteqrasiya təklif etdi, lakin yenə də qəbul etmədilər.

Hurriyyet.az xəbər verir ki, bunu erməni bloger İşxan Verdyan Teleqram kanalında yazıb.

“Onlar bombaları qəbul edəcəklər. Daşnaklar ancaq bombanın dilini başa düşürlər. Bəli, əslində, ancaq bomba dilində də danışırlar”, - o bildirib./Axar.az/