📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vereşçuk: Müharibə uzun olacaq, isterika yaratmayın!

2022-04-11 09:40:00

Vereşçuk: Müharibə uzun olacaq, isterika yaratmayın!

Ukraynanın ictimai rəy liderləri və siyasətçilərini sosial şəbəkələrdə isterika yaratmamağa çağırıram.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk deyib.

"Ola bilsin ki, bu müharibə bizim istədiyimizdən daha uzun və çətin olacaq. Ona görə də siz cəmiyyəti cəsarət və dözümlülüyə kökləməlisiniz. Təəssüf ki, bəziləriniz isteriya və digər səmərəsiz, zərərli emosiyalar yaradırsınız. Müharibə zamanı ictimaiyyətə təsirinizə görə məsuliyyət daşımağınızı xahiş edirəm. Sosial şəbəkələrdə isteriya etməyək. Bizə sakitlik, cəsarət, möhkəmlik və dözüm lazımdır. Beləliklə, gəlin qalib gələk", - o bildirib.