📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vergi cərimələrinin bir hissəsinin YAŞAT Fonduna köçürülməsi təklif olunur

2021-09-23 17:56:00

Vergi cərimələrinin bir hissəsinin YAŞAT Fonduna köçürülməsi təklif olunur

Vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsi YAŞAT Fonduna köçürülməsi təklif olunur.

Hurriyyet.az xəbər verir ki, APA-nın məlumatına görə, bu, Milli Məclisin plenar sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılacaq “Vergi Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişiklik vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsinin dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar, o cümlədən YAŞAT Fonduna köçürülməsi üçün hüquqi imkanların yaradılmasını özündə ehtiva edir.