📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Vergi idarəsi ilə MKTB arasında 2,2 milyonluq qalmaqal

2024-07-22 15:04:02

Vergi idarəsi ilə MKTB arasında 2,2 milyonluq qalmaqal

Suraxanı Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə (MKTB) 2 241 770,17 manat vergi borcu yazılıb. 

Hurriyyet.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, MKTB bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsini məhkəməyə verib. 

Lakin MKTB-nin iddiasını təmin edilməyib. Qurum apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Cahangir Yusifov iş üzrə hakim təyin edilib.