📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Verşbou: Putinin qırmızı xətti keçilməməlidir!

2021-11-09 09:25:00

Verşbou: Putinin qırmızı xətti keçilməməlidir!

NATO Vladimir Putinin qırmızı xəttini keçmədən Rusiya aqressiyasının qarşısını almaq üçün Ukraynaya yardımla bağlı yeni strateji konsepsiya hazırlamalıdır.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı keçmiş səfiri Aleksandr Verşbou yazıb.

“Əgər Ukraynanın üzvlüyü yaxın zamanda baş tutmayacaqsa, o zaman alyans Kiyevə qarşı dürüst olmalı və elə etməlidir ki, Ukrayna özünü qoruya bilsin, Donbasda siyasi həll yolu ilə müqaviməti dayandırsın”, - deyə keçmiş səfir bildirib.

O, həmçinin əlavə edib ki, ittifaq üzvləri Kiyevə islahatlarla bağlı dəstəyini əsirgəməməlidir.